Macarıstan baş naziri miqrantları "müsəlman işğalçıları" adlandırıb
Dünya 08 Yan 2018 09:13:00 321 0
Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.
Son.az APA-ya istinadən xəbər verir ki, V.Orban bu barədə "Welt" nəşrinə deyib.
"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik", deyə baş nazir bildirib. Macarıstan hökumətinin başçısının sözlərinə görə, qaçqın axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsinə səbəb ola bilər.
Mənbə: milli.az