Venesuelada avtobus yük maşını ilə toqquşub: 7 ölü, 40a yaxın yaralı


Dünya 08 Yan 2018 08:42:00 270 0

Venesuelada avtobus yük maşını ilə toqquşub: 7 ölü, 40a yaxın yaralı

Venesuelada 2 mərtəbəli sərnişin avtobusu ilə yük maşını toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma Ansoateqi ştatında baş verib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 40-a yaxın insan xəsarət alıb. Qəzadan sonra avtobus və yük maşını alışıb.