"Qızıl Qlobus" mükafatının qalibləri elan olunub - VİDEO - YENİLƏNİB


Digərləri 08 Yan 2018 08:41:00 187 0

"Qızıl Qlobus" mükafatının qalibləri elan olunub - VİDEO - YENİLƏNİB

Qari Oldman və Nikol Kidman da laureatlar arasındadır

ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) sayca 75-ci "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi baş tutub.

“Report” xəbər verir ki, Qari Oldman "Qaranlıq zamanlar" filmində aldığı rola görə "ən yaxşı dramatik film aktyoru" mükafatının laureatı olub.

Qadınlar arsında analoji nominasiya üzrə qalib adını "Edinburq sərhədində üç bilbord, Missuri" filmindəki roluna görə Frensis Makdormand alıb. Sözügedən film həm də "ən yaxşı dramatik film" nominasiyasında qalib gəlib.

"Ən yaxşı komediya və ya müzikl" nominasiyasında qalib adına Qret Qerviqin "Xanım Börd" ekran əsəri layiq görülüb.

Bundan əlavə, Opra Uinfri kinematoqrafiyaya verdiyi töhfəyə görə "Qızıl Qlobus" alıb.

Eyni zamanda Gilermo del Toro "Suyun şəkli" filminə görə, ən yaxşı rejissor işi nominasiyasında birinci olub.

***05:55

Bakı. 8 yanvar.