Skaparroti və Gerasimov Bakıda görüşəcəklər


Siyasət 08 Yan 2018 08:25:00 233 0

Skaparroti və Gerasimov Bakıda görüşəcəklər

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparroti bu ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə Bakıda görüşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə adı çəkilməyən Amerika və Avropanın vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı məlumat yayıb.

Məlumatda deyilir: "Bu ayın sonlarında Avropada Birləşmiş Silahlı Qüvvələrin Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycanda, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüş keçirməlidir".