Sidneydə son 80 il ərzində rekord isti qeydə alınıb


Dünya 08 Yan 2018 08:37:00 286 0

Sidneydə son 80 il ərzində rekord isti qeydə alınıb

Avstraliya meteorologiya xidməti Sidneydə 47 dərəcə isti qeydə alıb.

Trend-in Yeni Cənub Uels ştatının meteorologiya bürosunun "Twitte" hesabına istinadən verdiyi məlumata görə, bu göstərici son 80 ilin ən yüksək göstəricisidir.

Məlumata əsasən, sonuncu dəfə belə yüksək hava temperaturu Sidneydə 1939-cu ildə qeydə alınıb.