"ŞimalCənub" dəhlizi Estoniya biznesi üçün İran, Yaxın Şərq, Hindistan bazarlarına çıxış imkanıdır


Digərləri 08 Yan 2018 08:19:00 296 0

"ŞimalCənub" dəhlizi Estoniya biznesi üçün İran, Yaxın Şərq, Hindistan bazarlarına çıxış imkanıdır

Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutuna qoşula bilər.

Trend-in Estoniya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik bildirib.

İ.Kiverik deyib: "Azərbaycan üçün Estoniya Skandinaviya bazarına çıxış imkanıdır. Digər tərəfdən Azərbaycan bizim sahibkarlar üçün İran, Yaxın Şərq, Hindistan bazarına çıxış imkanıdır. Azərbaycanın İranla həm siyasi münasibətləri, həm də dəmiryolu xəttini qaydaya salması bizi sevindirir. Əgər bu yol işləyərsə bizim investorlara və sahibkarlara adıçəkilən bazarlara məhz Azərbaycanın köməyi ilə çıxmaq xeyli asan olacaq.