İraq yanvarın sonunadək Kərkükdən İrana neft ixracına başlamaq niyyətindədir


İqtisadiyyat 08 Yan 2018 07:57:45 271 0

İraq yanvarın sonunadək Kərkükdən İrana neft ixracına başlamaq niyyətindədir

Bağdad ilk olaraq gündə 30 min barel həcmində neft ixrac etməyi planlaşdırır

İraqın neft naziri Cabbar əl-Laibi Kərkük yataqlarından İrana neft ixracının yanvarın sonlarınadək başlayacağını gözləyir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Bağdad ilk olaraq gündə 30 min barel həcmində neft ixrac etməyi planlaşdırır, sonradan isə tədarük həcmi iki dəfə arta bilər.

"İnşəallah bu ayın sonunadək başlayacağıq", - deyə agentlik nazirin sözlərini sitat gətirib.