Macarıstanın baş naziri müsəlman miqrantları "işğalçı" adlandırıb


Dünya 08 Yan 2018 07:44:31 283 0

Macarıstanın baş naziri müsəlman miqrantları "işğalçı" adlandırıb

Orban bildirib ki, ölkəsi gələcəkdə miqrant qəbul etmək niyyətində deyil

Macarıstanın baş naziri Viktor Orban Avropaya gələn qaçqınları "müsəlman işğalçılar" adlandırıb və bildirib ki, ölkəsi gələcəkdə miqrant qəbul etmək niyyətində deyil.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, "Welt" nəşrinə müsahibəsində deyib.

Macar hökumət başçısının fikrincə, müsəlman əhalisinin axını dövlət daxilində "paralel cəmiyyətlər"in yaranmasına gətirib çıxaracaq.

"Biz bu insanları müsəlman qaçqınlar hesab etmirik. Biz onlara müsəlman işğalçılar gözü ilə baxırıq", — deyə Orban bildirib.

O, həmçinin aparıcı Avropa dövlətləri liderlərini Macarıstana hörmətlə yanaşmağa çağırıb. Baş nazirin sözlərinə görə, bir çox Avropa İttifaqı ölkələri macar hökumətini Aİ-nin Birlik Fondundan vəsait almaqda, lakin qaçqın qəbulundan imtina etməkdə günahlandırır. Lakin Orban qeyd edib ki, bu qurumdan Macarıstana ayrılan vəsait heç bir halda qaçqın məsələsi ilə bağlı deyil, "ədalətli balans"ın olması ilə əlaqədardır, çünki Macarıstan tərəfi öz bazarını azad rəqabət üçün açıb.