Suriya ordusu Dəməşq ətrafındakı hərbi bazanın mühasirəsini yarıb


Dünya 08 Yan 2018 04:18:35 311 0

Suriya ordusu Dəməşq ətrafındakı hərbi bazanın mühasirəsini yarıb

Harasta şəhəri uzun müddət yaraqlıların nəzarəti altında olub

Suriyanın hökumət qüvvələri Dəməşq ətrafında yerləşən hərbi bazanın mühasirəsini yarıblar.

“Report” xəbər verir i, bu barədə mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, Harasta şəhəri uzun müddət yaraqlıların nəzarəti altında olub.

"Suriya ordusu Dəməşq ətrafında yerləşən nəqliyyat idarəsini blokadadan azad edib. Mühasirəni yaran piyada və tanklar idarə ərazisinə daxil olublar", - deyə mənbə bildirib.

Suriya ordusunun zirehli texnikası hərbi baza ilə yanaşı unüyüdən dəyirmanı da nəzarətə götürüb.