Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib


Sosial 08 Yan 2018 03:59:12 270 0

Bakıda bir həftə əvvəl yerə yıxılan 88 yaşlı kişi dünyasını dəyişib

O, yıxılan zaman ağır xəsarət alıb

Bakının Yasamal rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report" xəbər verir ki, 1930-cu il təvəllüdlü Quliyev Nadir Həsən oğlu bir həftə əvvəl rayon ərazisində naməlum şəraitdə yıxılaraq ağır xəsarət alıb.

O, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. N.Quliyev həkimlərin səylərinə baxmayaraq, bu gecə xəstəxanada beyninə qan sızması nəticəsində həyatını itirib.