CNN-in aparıcısı Trampın müşaviri ilə müsahibəni mübahisə səbəbindən dayandırıb - VİDEO


Dünya 08 Yan 2018 01:56:49 306 0

CNN-in aparıcısı Trampın müşaviri ilə müsahibəni mübahisə səbəbindən dayandırıb - VİDEO

Verilişdə Mayk Volfun "Od və qəzəb: Trampın Ağ evinin daxili" adlı qalmaqallı kitabı müzakirə olunub

CNN telekanalının aparıcısı Ceyk Tepper ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Miller ilə müsahibəni onunla mübahisə səbəbindən dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, jurnalist bu addımını həmsöhbətinin qoyulan suallara cavab verməməsi ilə izah edib.

Bildirilir ki, söhbətə səbəb jurnalist Mayk Volfun prezident Trampın da bundan əvvəl tənqid etdiyi "Od və qəzəb: Trampın Ağ evinin daxili" adlı qalmaqallı kitabının müzakirəsi olub.

Teleaparıcı Millerdən prezidentin bu kimi atmacalarının nə dərəcədə adekvat və konstruktiv olduğunu soruşub. Miller cavabında bunları deyib:

"Hesab edirəm ki, belə sözlər prezidentin fikirlərinə kömək edir. Lakin məhz sizin CNN-də çürükçü mühit yaradılır və bu, nəticə etibarı ilə sizin teleşirkətə qarşı etimad böhranına gətirib çıxarır".

Beləliklə, bir neçə dəqiqə ərzində tərəfər bir-birinin sözünü kəsə-kəsə ünsiyyətdə olublar və sonda aparıcı müsahibəni dayandırıb.