Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı FOTO


Digərləri 07 Yan 2018 22:37:00 294 0

Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı  FOTO

24 yaşlı Molli Smit adlı bir qadın sevgisi naminə arıqlayaraq 63 kiloqram olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bir vaxtlar 103 kiloqram çəkisi olan Mollini indi görənlər tanımaqda çətinlik çəkir.

Arıqlama sirrini sosial media hesabında bölüşən qadın özü kimi kök olanlara kömək etmək istədiyini bildirib.

2 il əvvəl bir şəxsə vurulan Smit artıq çəkidən xilas olmağı qarşısına məqsəd qoyub və idman, sağlam qida vasitəsilə buna nail olub.

Sevdiyi insana qovuşmasa belə, Molli arıqladığı və indi daha sağlam olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib.


Xəbərə aid fotolar