Salyanda iki qardaşın yaşadığı evdən narkotik vasitələr aşkarlanıb - FOTO


Sosial 07 Yan 2018 22:03:16 255 0

Salyanda iki qardaşın yaşadığı evdən narkotik vasitələr aşkarlanıb - FOTO

Ümumilikdə 70,235 qram tiryək, 1 ədəd çətənə kolu, 6,16 qram qurudulmuş marixuana götürülüb

Salyanda qardaşların yaşadığı fərdi yaşayış evində narkotik vasitələr aşkarlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər, Yunis Zərgərli küçəsi, ev 113-də yaşayan, 1995-ciil təvəllüdlü Rəhmanov Təbriz Rövşən oğlu və onun qardaşı, 1991-ci il təvəllüdlü Rəhmanov Pərviz saxlanılaraq polis şöbəsinə gətirilib.

Baxış zamanı Rəhmanov Təbrizin üzərindən 5,121 qram tiryək, yaşadığı evdən 1 ədəd çətənə kolu, 65,114 qram tiryək, 6,16 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun qardaşı Rəhmanov Pərvizin yaşadığı evin ikinci mərtəbəsindən isə 805 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işinə başlanılıb, istintaq aparılır.