İran nümayişləri: "000dən artıq saxlanmış arasında tələbələr də var


Dünya 07 Yan 2018 22:25:00 263 0

İran nümayişləri: "000dən artıq saxlanmış arasında tələbələr də var

Keçən ay İranda hökumətə qarşı başlamış etiraz aksiyaları nəticəsində saxlananlar arasında 90 tələbənin də var, iranlı millət vəkilləri deyib.

Millət vəkili Mahmud Sadeği İran Tələbələrinin Xəbər Agentliyinə bildirib ki, bu tələbələrin böyük qismi nümayişlərdə iştirak etməyib.

Digər bir millət vəkili Fərid Musəvi bunun önləyici bir addım olduğunu və onların tezliklə buraxılacağını deyib.

İranda əsasən iqtisadi problemlərə narazılığı nümayiş etdirən etiraz aksiyalarında ölkə boyunca ən azı 21 nəfər həyatını itirib.

Çərşənbə günü İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri ölkədə "fitnə"nin məğlub edildiyini deyib.

Buna baxmayaraq son günlərdə bir neçə şəhərdə etirazlar davam edib. Lakin Reuters xəbər agentliyi bildirir ki, İran İnqilab Keşikçiləri Korpusu qüvvələrinin rayonlara göndərilməsindən sonra nümayişlərin sayı azalıb.

Dekabrda başlayan nümayişlər İranda 2009-cu ildə mübahisəli prezident seçkilərinə qarşı keçirilmiş etirazlardan sonra ən böyüyüdür. Etiraz akiyaları əvvəlcə iqtisadi problemlərə qarşı etirazlarla başlasa da, nümayişlər yayıldıqca siyasi və antihökumət xarakteri daşımağa başlayıb.

Bəzi mənbələr dekabrın 28-dən indiyədək saxlananların sayının 1 700-ə çatdığını deyirlər.

Tehran universitetinin vitse prezidenti saxlanmış tələbər barədə məlumat toplamaq üçün bir komitənin yaradıldığını bildirib.