Ağstafada əl qumbarası aşkarlandı FOTO


Digərləri 07 Yan 2018 22:14:00 243 0

Ağstafada əl qumbarası aşkarlandı  FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, yanvarın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əlqumbarasının ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.


Xəbərə aid fotolar