Vəkili Əhmədinejadın saxlanılması ilə bağlı xəbəri təkzib edib - YENİLƏNİB


Dünya 07 Yan 2018 21:32:00 248 0

Vəkili Əhmədinejadın saxlanılması ilə bağlı xəbəri təkzib edib - YENİLƏNİB

Rəsmi Tehran hələ ki, məsələyə münasibət bildirməyib

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.

"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", - deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.

Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.

***14:02

Bakı. 7 yanvar.