Zina və onun cəzası haqqında


Digərləri 07 Yan 2018 21:40:00 327 0

Zina və onun cəzası haqqında

Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Zina böyük günahdır. Hər kəs bu iyrənc günahdan və ona aparan yollardan çəkinməyə çalışmalıdır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Son.az zikr.az-a istinadən bildirir ki, bu ayədə Uca Allah zinanı nəinki qadağan edir, hətta ona yaxınlaşmamağı buyurur. Yəni zinaya aparan hər bir əməldən çəkinməyi buyurur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) öz hədislərində zinaya aparan yolları bəyan etmiş və onlardan çəkindirmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yad qadına baxmağı, yad qadınla təklikdə qalmağı, əl ilə görüşməyi, ünsiyyətdə olmağı qadağan etmişdir.