İranda yenə zəlzələ olub


Dünya 07 Yan 2018 20:51:00 230 0

İranda yenə zəlzələ olub

İranın qərbində 3,8 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir   Yeraltı təkanların episentri Kirman şəhərindən 66  km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.   Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.   Qeyd edək ki, ötən gün İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.