Sabirabadda zəncirvari qəzada 3 nəfər yaralanıb


Digərləri 07 Yan 2018 20:29:00 223 0

Sabirabadda zəncirvari qəzada 3 nəfər yaralanıb

20:29

Sabirabadda baş verən yol-nəqliyyat  hadisəsi zamanı xəsarət alanların adları məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, zəncirvarı qəza zamanı xəsarət alanlardan Bakı sakinləri, 1968-ci il təvəllüdlü  Məmmədov Akif Allahverən oğlu və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Hüseynova Nərmin Natiq qızı  Sabirabad rayon xəstəxanasına, Sabirabad sakini, 1986-cı il təvəllüdlü Əhmədov Nicat Vaqif oğlu Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.   Qeyd edək ki, bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində "Mersedes" markalı "99 GT 578" dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində "Ford" markalı "99 HC 833" dövlət nömrə nişanlı avtomobil və daha bir "Mersedes" markalı avtomobillə toqquşub.   Faktla bağlı araşdırma aparılır.      19.13   Sabirabadda baş verən yol-nəqliyyat  hadisəsi zamanı 3 nəfər xəsarət alıb.   Son.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Nərimankənd ərazisində "Mersedes" markalı "99 GT 578" dövlət nömrə nişanlı avtomobilin qarşısına inək çıxması nəticəsində "Ford" markalı "99 HC 833" dövlət nömrə nişanlı avtomobil və daha bir  "Mersedes" markalı avtomobillə toqquşub.   Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər  və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.