LənkəranLerik yolunda sürüşmə aktivləşib VİDEO


Digərləri 07 Yan 2018 20:18:00 254 0

LənkəranLerik yolunda sürüşmə aktivləşib  VİDEO

Lənkəran-Lerik yolunun bir neçə hissəsində sürüşmə aktivləşib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ərazidə sürüşmə daha çox yağışlı-qarlı havalarda tez-tez baş versə də, son günlər havaların quraq keçməsinə baxmayaraq aktivləşmə atıb. Dağdan gələn qaya parçaları, daş, gil və torpaq qatı yolun hərəkət hissəsinə tökülür. Bu da avtomobillərin gedib-gəlməsində maneələr yaradır. Sakinlərin sözlərinə görə, sürüşmə yaya qədər davam edir. Bu vəziyyət sürücülər kimi adi vətəndaşların da işini xeyli çətinləşdirir. Avtomobil Yolları Dövlət Agentliyinin yerli şöbəsindən verilən məlumata görə, ərazidə mütəmadi olaraq təmizləmə işləri həyata keçirilir.


Xəbərə aid video