Həm tarixi abidə, həm də dini məkan kimi qorunur


Digərləri 07 Yan 2018 20:19:00 293 0

Həm tarixi abidə, həm də dini məkan kimi qorunur

Beş guşəli forması və içərisindəki memarlıq üslubu görənləri heyran edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində 7-ci əsrə aid olduğu ehtimal edilən sərdabədən gedir. Memarlıq üslubu ilə diqqət çəkən sərdabə köç zamanı vəfat edənlərin xatirəsinə salınıb və bu günə qədər də öz formasını qoruyub saxlayır. Yerli sakinlərin sözlərinə görə, sərdabə 1970-ci ildə kəndə suvarma arxı çəkilən vaxt qazıntılar nəticəsində ortaya çıxıb. Kənd sakinləri sərdabənin alt təbəqəsinin olduğunu da bildirirlər. Onlar əgər qazıntı aparılarsa, buna bənzər tarixi tikililər və qədim məzarlıqların ola biləcəyini deyirlər. Yerli sakinlər bu yeri həm tarixi abidə, həm də dini bir məkan kimi qoruyub saxlayırlar.


Xəbərə aid video