Müsəlman qadın qeyrimüsəlman qadınların yanında paltarını dəyişə bilərmi?


Digərləri 07 Yan 2018 20:20:00 335 0

Müsəlman qadın qeyrimüsəlman qadınların yanında paltarını dəyişə bilərmi?

Qadınlar bir-birilərinə məhrəm olduqları üçün öz aralarında hicabsız gəzə bilərlər.

Son.az zikr.az-a istinadən bildirir ki, Aişə (Allah ondan razı olsun) deyir ki, (o hicabsız ikən) yəhudi bir qadın onun yanına gəlib dedi: "Allah sizi qəbr əzabından qorusun...!" (əl-Buxari, 1007; Muslim, 584). Ancaq həmin qadınların (fərq etməz, kafir və ya müsəlman) başqa kişilərin yanında sizin xarici görünüşünüz haqqında danışmaları ehtimalı varsa, onda daha yaxşı olar ki, onların yanında hicabda olasınız.