Biləsuvarda 1 ton ot bağlaması yanıb


Digərləri 07 Yan 2018 19:46:00 300 0

Biləsuvarda 1 ton ot bağlaması yanıb

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Son.az FHN-nin saytına istinadən bildirir ki, ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyü 3 m2 sahədə və köməkçi tikiliyə bitişik ümumi sahəsi 10 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanıb.

Köməkçi tikilinin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.