Dubayda dünyanın ən yüksək oteli bu il açılacaq


İqtisadiyyat 07 Yan 2018 19:35:02 258 0

Dubayda dünyanın ən yüksək oteli bu il açılacaq

75 mərtəbəli binanın hündürlüyü 356 metr olacaq

Dubayda dünyanın ən yüksək oteli bu il açılacaq. 75 mərtəbəli binanın hündürlüyü 356 metr olacaq.

“Report” xəbər verir ki, bu barədə yerli "Time Out Dubai" nəşri yazıb.

Bildirilir ki, "The Gevora" adlı yeni otel hazırda dünyanın ən yüksək mehmanxanası olan "JW Marriott Marquis Dubai"dən hündür olacaq.

Onun hündürlüyü 355 metr təşkil edir və o da Dubayda yerləşir. Şeyx Zayed küçəsində yerləşən yeni "Gevora" oteli 528 nömrədən və 4 restorandan ibarət olacaq.

Lüks sinifli ən kiçik otağın sahəsi 46 kv. m, ən böyük otağın sahəsi isə 85 kv. m. olacaq.