Tankerlə yük gəmisi toqquşdu: 32 nəfər itkin düşdü,


Dünya 07 Yan 2018 19:26:00 270 0

Tankerlə yük gəmisi toqquşdu: 32 nəfər itkin düşdü,

Şənbə günü axşam saatlarında Çinin Şanxay şəhərinin yaxınlığında bir neft tankerilə yük gəmisi arasında baş vermiş qəza nəticəsində 32 dənizçi itkin düşüb.

Panamada qeydiyyatda olan Sanchi adlı tanker İrandan 136 min ton neft daşıyırmış və qəzadan sonra yanmağa başlayıb.

Çinin Nəqliyyat Nazirliyi bildirir ki, itkin düşən 30 iranlı və iki banqladeşli dənizçi tankerin heyətində olub.

Yük gəmisinin 21 nəfərlik heyəti isə xilas edilib, nazirlik əlavə edib.

"Hazırda Sanchi dənizin səthində yanmaqdadır. Dəniz səthində neft layı əmələ gəlib və biz xilasetmə əməliyyatına davam edirik", nazirlik qeyd edib.

Dövlət televiziyası CGTN-ın dərc etdiyi şəkildə tankerin şiddətlə yandığı görünür.

Toqquşma Şanxay şəhərinin sahilindən təxminən 296 kilometr şərqdə baş verib. Axtarış-xilasetmə əməliyyatında səkkiz Çin gəmisi iştirak edir, Xinhua xəbər agentliyi deyib.


Xəbərə aid fotolar