1000 dollarla hansı biznesi qurmaq olar?


Digərləri 07 Yan 2018 19:11:00 303 0

1000 dollarla hansı biznesi qurmaq olar?

Şəxsi biznes qurmaq əksəriyyətin arzusudur. Hətta uğurlu iş yeri və sabit gəlir kimi anlayışlar da şəxsi biznesin yaratdığı üstünlüklərə kölgə sala bilməz. Öz biznesimizin təmin etdiyi rahatlığı, yüksək motivasiyanı və idarə olunan gəlirliliyi başqa heç bir iş əvəz edə bilməz. Amma biznes qurmaq üçün sərmayə lazımdır ki, əksəriyyətdə belə imkanlar olmur. Bəs kiçik sərmayə ilə sərfəli biznes qurmaq mümkündürmü? Cəmi 1000 dollarlıq və ya daha az investisiya ilə biznes qurmağın yollarını böüşürük.

1000 dollara qədər kiçik vəsaitlə biznes qurmaq üçün ideyalar:

1. Audio-kitablar yaradın!

Son.az fins.az-a istinadən bildirir ki, belə kitablar vaxta qənaət baxımından çox faydalı və arzuolunandır. Ölkəmizə bu sahəyə maraq bir qədər yeni yaranıb deyə, sektoru inkşaf etdirən məhz siz ola bilərsiniz. Xüsusilə onlayn mənbə yaratmaq daha sərfəlidir. İşlərininz uğurla getdikdən sonra, artıq audio dinləməni oxuculara ödənişli əsaslarla təklif edə bilərsiniz.

2. Özünüz istehsal edin, özünüz satın!

Evinizdə yaxşı bacardığınız nəyisə həm hazırlaya, həm də sata bilərsiniz. Xanımlar, əgər şirniyyat bişirməkdə, əl işlərində bacarqlısınızsa bunu biznesə çevirin. Bu, kişilər üçün də keçərlidir.

3. Fotoqraf olmağı sınayın

Yaxşı bir fotoaparat və xəyal gücünüz sizə kömək edəcək. Daha sonra isə sizə lisenziya, rəsmi veb sayt və komputer lazım olacaq. İnsanlar xoş günlərini fotolarda əbədiləşdirməyi sevir. Fotoqraflar sizə ölkəmizdə heç də pis qazanmır.

4. Şəxsi fitness treyner

Ətrafınızda sıfırdan bu işə başlayıb, sonradan yaxşı qazanan insanlar yəqin ki, var. Ən çox tələb olunan sahələrdən biridir. Köklükdən əziyyət çəkənlərdən tutmuş, toya hazırlaşan və yaxşı bədən forması əldə etmək istəyən gəlin və bəylərə qədər, çoxlarının üz tutduqları məkan fitness zallardır. Bu biznesin çiçəklənməsi isə birbaşa özünüzdən asılıdır.