Afrikanın ən varlı qadını


Digərləri 07 Yan 2018 19:07:00 294 0

Afrikanın ən varlı qadını

Bəzi təşkilatlar, nüfuzlu jurnallar dəfələrlə onu Afrikanın ən zəngin qadını elan ediblər. Onu həm ağıllı, həm də güclü qadın adlandırırlar. 1973-cü ildə Bakıda dünyaya gələn İzabel duş Santuş indi ölkəsinin ən populyar qadınları siyahısında ilk yerlərdən birində qərarlaşır.

Son.az publika.az-a istinadən  öz ölkəsində və Afrika qitəsində deyil, Avropa və Asiyada da tanınan, Bakıda dünyaya gəlmiş İzabel duş Santuşun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olmuş Anqola prezidenti Joze Eduard duş Santuşun bakılı Tatyana Kukanova ilə nikahından dünyaya gələn ilk övladı hələ uşaq yaşlarından etibarən iqtisadiyyat, müxtəlif maliyyə əməliyyatları ilə maraqlanır.

Böyük Britaniyada elektrotexnika üzrə təhsil alan İzabel  gələcək həyat yoldaşı, Konqodan olan milyarder Sindiko Dokolo ilə elə orda tanış olur. Evlənməyi qərara alan cütlüyün toy mərasiminə külli miqdarda - 4 milyon dollar pul xərclənib. Təkcə onu demək kifayətdir ki, toya dəvət olunmuş 800 nəfərlik qonağın yarısı İzabel və Sindikonun qohumları idi. Onların arasında xeyli sayda rəsmi şəxs, hökumət nümayəndələri, işgüzar adamlar vardı.

Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlib.

Ötən əsrin 90-cı illərində Londona qayıdan İzabel burada alman şirkətində çalışmağa başlayıb. Daha sonra isə yükdaşıma biznesinə girişib.

Bu çabaların nəticəsidir ki, 1997-ci ildə artıq onun şəxsi biznesi vardı. Luandadakı ilk gecə klubu və çimərlik restoranı olan "Miami Beach Club" İzabelin gəlirlərini artırırdı.


Xəbərə aid fotolar