Bakıda 20 nəfərin yaralanması ilə nəticələnmiş avtobus qəzasının TƏFƏRRÜATI FOTO


Digərləri 07 Yan 2018 18:17:00 255 0

Bakıda 20 nəfərin yaralanması ilə nəticələnmiş avtobus qəzasının TƏFƏRRÜATI  FOTO

Dünən, yanvarın 6-da, Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşması nəticəsində yaralanan sərnişinlər xəstəxanadan evə buraxılıb. Hazırda 3 saylı şəhər xəstəxanasında yalnız 2 yaralı var. 

Son.az bildirir ki, bu barədə virtualaz.org-a xəstəxanadan məlumat veriblər.

Saytın əməkdaşı qəzanın baş verdiyi ərazidə olub, şahidlərlə söhbətləşib.

Yoldan keçənlər hələ də maşını saxlayaraq, qəzanın baş verdiyi ərazini gözdən keçirirlər. Hadisənin şahidləri deyirlər ki, qəza nəticəsində ölüm halının olmaması möcüzədir.

Özünü 175 saylı marşrutun başqa bir avtobusunun sürücüsü kimi təqdim edən şəxs əməkdaşımıza deyib ki, qəza baş vermədən bir neçə dəqiqə əvvəl avtobusda sükanın dartma mexanizmi ("tyaqası") sıradan çıxıb. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib, yol kənarına çırpılıb. Yol kənarını bir neçə metr dağıdaraq irəliləyib və aşıb.


Xəbərə aid fotolar