İranın hakimiyyət orqanları etiraz aksiyalarının əsas təşkilatçılarını saxlayıb


Dünya 07 Yan 2018 17:42:12 309 0

İranın hakimiyyət orqanları etiraz aksiyalarının əsas təşkilatçılarını saxlayıb

"Qanuni tələbləri olan etirazçılar təşkilatçılardan ayırılıb"

İranın hakimiyyət orqanları ölkədə baş verən etirazların əsas təşkilatçılarını saxlayıb.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Səid Müntəzir-əl-Mehdi məlumat yayıb.

Onun sözlərinə görə, qanuni tələbləri olan etirazçılar təşkilatçılardan ayrılıb. Asayiş keşikçiləri qanunu pozanların adlarını müəyyən edib və onlar saxlanılıblar.

Polis nümayəndəsi bəyan edib ki, saxlanılanların əksəriyyəti sərbəst buraxılıb. Hazırda qanunu pozan və şəxsi, ictimai mülkiyyətə zərər vuran "üsyançılar" həbsdə saxlanılır.