“Şillə vurub, qadını özünə gətirmək lazımdır” – Müğənnidən qalmaqallı müsahibə FOTO


Şou-biznes 07 Yan 2018 17:29:00 330 0

“Şillə vurub, qadını özünə gətirmək lazımdır” – Müğənnidən qalmaqallı müsahibə  FOTO

Son.az müğənni Yaşar Cəlilovun "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir. 

- 2017-ci ili yola saldıq, 2018-ci ilin ilk günlərini yaşayırıq. Ötən il Yaşar üçün necə keçdi?  - 2017-ci il mənim üçün uğurlu il olub. İstər şəxsi, istər iş həyatımda bol-bol uğur qazanmışam. Allahın yaratdığı hər gün, ay, il gözəldir. Amma mənə düşərsiz olan il 2016-cı il oldu.  - Dindar insansınız. Adətən dinə bağlı insanlar düşərli-düşərsiz məsələlərinə, gözə-nəzərə, nəfsə inanmır, onları xurafat adlandırır. Siz necə inanırsınız? - Göz-nəfis var. Bunlardan sığortalanmaq üçün dua oxumaq lazımdır. Amma bürc və illərə inanmıram. İlan ili, oxatan bürcüyəm.  - Hər il, bürc üçün müəyyən xarakter siyahısı hazırlanıb. Bəzi insanlar deyirlər ki, il və bürclərinin xarakterini daşıyır. Sizdə vəziyyət necədir? Öz bürcünüzün xarakterini daşıyırsınız? - İlanlıq məndə var. Mənə dəyənə dəyərəm. Kinli biri deyiləm. Nadirən kiməsə kin saxlayaram. Amma qarşımdakı insan səhvini başa düşmürsə, ömür boyu onu bağışlamaram. Gəlib, səhvini etiraf edən insana isə əvvəlki hörmətim, mehribanlığım davam edər.  - 2018-ci illə bağlı planlarınız nələrdir?  - Əsasən, sənətə vaxt ayıracağam, yeni mahnılar yazdıracağam. Kliplər də olacaq. Şəxsi həyatımızın enişi-yoxuşu var. Ailə də qura bilərəm, subay da qala bilərəm. Arzum budur ki, canım sağ olsun, əzizlərim yanımda olsun, ruzi-bərəkətim də olsa, dünyanın xoşbəxt insanı olaram.  - 11 ildir ki, sənətdəsiniz. Amma böyük konsert verməmisiniz. Səbəb nədir? - Müğənni olaraq, Heydər Əliyev Sarayında konsert vermək ən böyük arzumdur. Sarayda konsert vermək mənim üçün bir dönüş olacaq. Mən ona gəlir mənbəyi kimi baxmıram, sırf yaradıcılıq işi kimi yanaşıram. Sevənlərimə bir hesabat konserti vermək istəyirəm. İnşallah, gələcəkdə yaxşı pul qazanaram və konserti reallaşdıraram. Şirkətlər sponsorluq etsə, gözəl konsert proqramı ilə çıxış edərəm. - Tez-tez kişi müğənnilər dilə gətirir ki, qadın müğənnilər sponsor tapmaq cəhətdən şanslıdır.  - Mənə sənət fəaliyyəti üçün sponsor lazım deyil. Sırf 1 konsert üçün lazımdır. Elə adamlar var ki, "Sənin səsini bəyənirəm, çıx səhnəyə oxu, amma məndən qonorar istəmə" deyir. Mən təmənnasız Heydər Əliyev Sarayında konsert verməyə hazıram.  - Prodüseriniz Vüsalə Kərimova da, siz də tez özünüzdən çıxan insanlarsınız. İş birliyiniz necə uğurlu alınır? - Bu yaxınlarda müsahibə verib ki, Yaşara deyirəm, ayrılaq, ayrılmır. İkimiz də çətin insanlarıq, ikimiz də ilan iliyik. Bizdə acıdillilik var, eyni zamanda çox mehribanıq. Aramızda ancaq işdə problem yaranır. Toya gedirik, 6 saat toy aparıram, problem olmur. Deyir, filan telekanalda veriliş danışmışam, gedərsən. Mən deyirəm ki, o aparıcıdan xoşum gəlmir. Və ya yuxudan oyana bilmirəm, gecikirəm. Aramızda başlayır problemlər. Mən icazə vermirəm, mənimlə verilişə getsin. Demişəm kişiyəm, yanımda da menecerim Natiq var, gəlmə. Amma o olmayan verilişdə də dalaşmışam. Həmişə məndən əvvəl verilişə gedir, mövzu ilə tanış olur, qonaqları tanıyır. Vüsaləsiz işim getmir. - Bəs işbirliyinizə son qoymağı düşünmüsünüz? - Mənə işimdə heç vaxt çətinlik yaratmayıb. Şəxsi həyatımda yaradıbsa, o da düzələndir. Heç vaxt Vüsalədən ayrılmağı düşünməmişəm. Bir işdəki yalan, əliəyrilik yoxdur, uğur olacaq. Vüsalə olmasa, ayda bir dəfə efirə çıxaram, müsahibə vermərəm, fəaliyyətimdəki uğurları paylaşmaram, sosial şəbəkədə aktiv olmaram. - Dostluğunuza paxıllıq edənlər varmı? - Çoxdur. Mən bilirəm ki, çoxları bizim ayrılmağımızı gözləyir. Bunu dəqiq bilirəm. Deyirlər ki, görəcəyik ayrılandan sonra necə olacaq. Indi bir-birilərinə canım, ürəyim, ulduzum deyirlər. Görək, o zaman nə deyəcəklər. Mən heç vaxt Vüsalədən ayrılmaram, mənə problem yaratmayıb. Amma mən ona çox problem yaradıram. Tez-tez tənbəlliyimdən gileylənir. Rahat insanam, qazancım az da olsa, rahatlıq axtarıram. Vüsalə isə deyir ki, işləmək lazımdır. O deyir ki, elə işlə, mahnı oxu, klip çəkdir, gündəmdə ol. Bizim ayrılmağımızı gözləyənləri sevindirməyəcəm. Bəzi müğənnilər də deyir ki, Yaşar evlənəndən sonra işləyə bilməyəcəklər.  - Hətta siz nişanlınızla ayrılanda da, deyirdilər ki, Vüsalə ayırıb.  - Allah hər kəsə bildirəcək ki, günah, səhv kimdədir. Vüsalə bu işdə yanımda olan adamdır. Şüurlu insan düşünər ki, Vüsalə məni ayırsaydı, nişanlanmağa qoymazdı. Nəinki, Vüsalə atam da işimə qarışa bilmir. Atam məsləhət verər, amma işimə qarışmaz. Mən nişanımı qaytarmaq istəyəndə də valideynlərim dedilər, öz seçimindir. Allah onu da xoşbəxt etsin, onun da öz qisməti var, Allah insanı yaradanda öz qismətini də yaradır. Biz bir-birimizin qisməti deyildik. - 2018-ci ildə yenidən xeyir iş gözlənilirmi? - Ola bilər toy olsun. Amma dəqiq deyil. - Sevib-seçdiyiniz xanım şou-biznesə yaxındırmı? - Nə şou-biznes üzvüdür, nə jurnalistdir. Bir də o səhvi etmərəm. Bu sahədə olan xanım ömür boyu mənimlə yaşaya bilməz, sıxılar. Mən müğənniyəm, rejimim başqadır. Ailə müqəddəsdir. Mən hər adamı ailəyə sala bilmərəm. - Sevdiyiniz xanım Vüsalə ilə işbirliyinizi qısqanmır? - Sevdiyim xanım işlərimə qarışmır. Indiyə kimi həyatımda çox xanım olub. Sevdiklərim də, aldatdıqlarım da olub. Amma onlar məni qısqanmayıb. Məni sevən mənə və işimə hörmət etməlidir. Mən sevdiyim zaman sadiq biriyəm. Həyat yoldaşım işimə qarışmamalıdır. Əgər, şübhə yaradacaq hərəkət etsəm, telefonumda mesaj, köynəyimdə dodaq boyası ləkəsi görsə, o zaman işimə qarışmağa haqqı var. Amma ümumi olaraq deyə bilməz ki, niyə Röya səni qucaqladı? Niyə Səidə qoluna girdi? Niyə Vüsalə sənə ürəyim dedi. Hər şeyi yozmaq lazım deyil.  - Bir neçə il öncə sevdiyiniz xanıma əl qaldırmağınız barədə açıqlama vermişdiniz və böyük səs-küy yaratmışdı. Xarici ölkələrdə isə ictimai insanlar adi insanlara örnək olmağa çalışır, şiddət kimi amillərin aradan qaldırılması üçün təbliğatlar aparır. - Şiddətə qarşıyam. Qadına əl qaldırmazlar, qadın incə məxluqdur. Amma baxır kimə. Həmişə demişəm ki, Allah mənə o günü yaşatmasın, mənim üçün namus-qeyrət önəmlidir. Namus üstə həbsdə yatan qardaşlarımız var. Həyat yoldaşım mənə xəyanət edirsə, başı kəsilməlidir. Allah o günü yaşatmasın.  - Bilirsiniz də bu sözləriniz də yenidən səs-küy yaradacaq. - Bu mənim fikrimdir. Bu yaxınlarda bir videoya baxdım, kişi namus üstə arvadını öldürmüşdü. O videoya bir pis şərh yazılmamışdı. İnsan öldürmək olmaz. "Quran"da da bununla bağlı hissə var. Qadın ağ vərəqdir, tez ləkə götürür. Kişi bir qızla görüşsə, ona "babnik" deyəcəklər. Deyəcəklər ki, saxladığı var. Amma evli qadın bir kişi ilə əl-ələ tutsa, fahişə adlandırılacaq. Mən iki dəfə qadına əl qaldırmışam, o da onu haqq edib. Mən saçını yolub, asfalta vurmamışam. Bir şillə vurub, qadını özünə gətizdirmək lazımdır. Kişi gedib gəzsə, kişidir. Qadın isə namusdur, qeyrətdir, ana-bacıdır. Qadını başqa kişi ilə düşünmək faciədir.  - Tez-tez deyirlər ki, şou-biznes bataqlıqdır, burada səmimiyyət yoxdur. Müğənni olmağınıza peşman olmusunuz? - Düz, deyirlər. Çox vaxt buraya nifrət edirəm. Konsertlərdə oxuyub çıxıram, məclislərdə həmişə adam az olan yerdə dayanıram. Sevmirəm şou aləmdəki ab-havanı. Peşman olmuşam, amma oxumağı, sənətimi sevirəm. Şou-biznesdə çoxu sünidir. Mən saxtalığı bacarmıram, soyuq münasibəti göstərirəm.

- Küsülü olduğunuz şəxslər var? - Üç xanımla danışmıram. Çaşıblar, qulaq burması vermişəm. Mən küsdüyüm adamlar haqqında danışsam, biabır olarlar. Həyatlarındakı oğlanlar yox, ataları gəlsə, heç nə edə bilməz. Danışmadığım 3 qadın da tərbiyəsiz qadındır. Onlar öz qadınlığına hörmət etmirlər, kişi ilə necə davranmalıdırlar, bilmirlər.


Xəbərə aid fotolar