"Liverpool" Koutinyoya əvəzləyici axtarır


İdman 07 Yan 2018 16:15:00 319 0

"Liverpool" Koutinyoya əvəzləyici axtarır

Filippe Koutinyonu "Barcelona"ya satan "Liverpool" ona əvəzləyici tapıb. Goal.az xəbər verir ki, "qırmızılar" qış transfer pəncərəsində "Monaco"nun yarımmüdafiəçisi Toma Lemarı heyətinə qatmağa çalışacaq. "Mersesaydlılar"ın ehtiyat variantı Riyad Mahrez (Leicester City), Yulian Brandt (Bayer) və Yulian Drakslerdir (PSG). "Sky Sports" isə klubun Mahrezin xidmətində maraqlı olmadığını bildirir. "Liverpool" artıq transferini həll etdiyi Nəbi Keytanı da "Leipzig"dən qışda gətirmək istəyir. Qvineyalı futbolçu qeyri-stabil çıxış etsə də, almanlar onu yaya qədər saxlamağı planlaşdırır.