Çində bahalı transferlərə görə sərt vergitutma sistemi qüvvədə qaldı


İdman 07 Yan 2018 15:34:00 285 0

Çində bahalı transferlərə görə sərt vergitutma sistemi qüvvədə qaldı

Çin Futbol Federasiyası qış transfer pəncərəsi üçün vergiləri təsdiqləyib. Goal.az xəbər verir ki, reqlamnetə görə sərt vergi tutulmaları qüvvədə qalıb. Klublar qiyməti 7 milyon dollardan artıq olan əcnəbi, 3 milyon dollardan artıq yerli futbolçu transfer etdəcəyi halda 100% vergi ödəməli olacaqlar. Bu pullar federasiya tərəfindən "gənc yerli futbolçuların yetişdirilməsi və ğlkədə futbol hərəkatının inkişafı"na yönələndiriləcək.

Bu vergitutma sistemi 2017-ci ilin yayından tətbiq olunur. Həmin vaxtdan Superliqada mübarizə aparan 16 klubun transfer xərcləri 55 milyon avroya qədər enmişdi. Federasiya analoji addımı atmaqla qarşısına liqanın maliyyə davamlığını qorumaq və qeyri-rasional transfer xərclərini azaltmaq məqsədi ni qoyduğunu açıqlamışdı.