"Barcelona"nın icarəyə verdiyi futbolçu mövsümü erkən başa vurdu


İdman 07 Yan 2018 15:12:00 253 0

"Barcelona"nın icarəyə verdiyi futbolçu mövsümü erkən başa vurdu

"Barcelona"nın "Las Palmas"a icarəyə verdiyi Serji Samper mövsümü erkən başa vurub. Goal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi La Liqanın 18-ci turunda "Eibar"a qarşı oyunda (1:2) ciddi zədə alıb. Samperin sol ayağının fibua sümüyü və topuq bağları qırılıb. O, Barselonada əməliyyat olunacaq və yaya qədər meydana çıxa bilməyəcək. Gənc futbolçu bu mövsüm "Las Palmas"da cəmi 2 oyuna çıxıb.