KİV: Əhmədinejad HƏBS EDİLDİ


Dünya 07 Yan 2018 14:57:00 292 0

KİV: Əhmədinejad HƏBS EDİLDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M.Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.