Əndəlus derbsindən öncə azarkeşlər arasında toqquşma olub


İdman 07 Yan 2018 14:50:00 272 0

Əndəlus derbsindən öncə azarkeşlər arasında toqquşma olub

İspaniya La Liqasının 18-ci turunda keçirilən "Sevilla" - "Real Betis" (3:5) qarşılaşmasından əvvəl xoşagəlməz hadisələr qeydə alınıb. Goal.az xəbər verir ki, Əndəlus derbisindən öncə Sevilyanın küçələrində azarkeşlər arasında toqquşma olub. Nəticədə 24 fanat polis tərəfindən saxlanılıb. Onların üzərindən kəsici alətlər və dəyənəklər götürülüb. Əyalətin hakimiyyət nümayəndəsi Antonio Sans qeyd edib ki, iğtişaşlar qəsdən planlaşdırılıb. O, həbslərin davam edəcəyini də istisna etməyib.