Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqləyib


İdman 07 Yan 2018 14:32:00 334 0

Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqləyib

"Mundo Deportivo" nəşri Messinin "Barcelona" ilə 2021-ci ilə qədər yenilədiyi müqaviləsinə xüsusi bənd daxil etdiyini yazmışdı. Bu bəndə əsasən Kataloniya müstəqillik qazanacağı təqdirdə "Barcelona" Avropanın "böyük beşlik" liqalarından heç birinə qəbul edilməsə, argentinalı ulduz klubu azad agent kimi tərk edəcək. Goal.az xəbər verir ki, onun atası Jorj Messi müqavilədə analoji şərtin olduğunu təsdiqləyb.

"Bəzi deyilənlər həqiqəti əks etdirmir. Razılıq var ki, Lionel "Barcelona"nın yüksək dəstədə oynadığı müddətdə burda qala bilər. Kataloniya müstəqillik qazansa, Messi bir şərtlə klubda qalacaq. Gərək "Barca" rəqabətədavamlı çempionatda oynasın".