Azərbaycan və Niderland birgə kənd təsərrüfatı layihələrində iştirak edə bilər (ÖZƏL)


Digərləri 07 Yan 2018 14:38:00 210 0

Azərbaycan və Niderland birgə kənd təsərrüfatı layihələrində iştirak edə bilər (ÖZƏL)

Azərbaycan və Niderland kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığın üstünlüklərini nümayiş etdirmək məqsədi ilə birgə ticarət evləri aça bilər

Bakı. Əli Mustafayev - Azərbaycan və Niderland kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığın üstünlüklərini nümayiş etdirmək məqsədi ilə birgə ticarət evləri aça bilər. Bundan əlavə, hər iki ölkənin müvafiq şirkətləri birgə kənd təsərrüfatı layihələrində iştirakın mümkünlüyü barədə məlumatlandırıla bilər. Bu barədə Trend-ə Niderlandın Azərbaycandaki səfiri Onno Kervers deyib. “Biz bu barədə düşünürük və bu istiqamətdə işlərin həyata keçirilməsini çox arzulayırıq”,-deyə diplomat bildirib O müxtəlif ölkələrin kənd təsərrüfatı məhsulları və texnikasının təmsil olunduğu Azərbaycanda aqrosənaye kompleksinin fəaliyyətinin vacibliyini vurğulayıb.