İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 50 nəfəri keçib


Dünya 07 Yan 2018 14:18:00 283 0

İranda baş vermiş zəlzələdə xəsarət alanların sayı 50 nəfəri keçib

 İranın Kermanşah vilayətində baş vermiş 5,1 bal gücündə zəlzələdə xəsarət alanların sayı 51 nəfərə çatıb.

Report xəbər verir ki, bu barədə "IRNA" yerli administrasiya nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, İranda 5,1 bal gücündə zəlzələ şənbə günü, gündüz saatlarında baş verib. Zəlzələnin episentri Sere-Pole-Zahab şəhərində (Kermanşah vilayəti) yerləşib.