Təxirə salınmış Nyu York Bakı reysi Bakıya yola düşüb


Digərləri 07 Yan 2018 13:44:00 343 0

Təxirə salınmış Nyu York  Bakı reysi Bakıya yola düşüb

Dünən təxirə salınmış Nyu-York-Bakı aviareysi Bakı vaxtı ilə saat 02:31-də Con Kennedi hava limanından Bakıya yola düşüb.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" şirkətindən məlumat verilib.

Bildirilir ki, J2-102 aviareysi Heydər Əliyev adına Beynəlxalq Hava limanında Bakı vaxtı ilə saat 13:00-da enməlidir.