9 azərbaycanlı Türkiyədə külli miqdarda qaçaq malla ələ keçdi


Kriminal 07 Yan 2018 13:10:00 273 0

9 azərbaycanlı Türkiyədə külli miqdarda qaçaq malla ələ keçdi

Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 2 avtobusda cəmi 4 min 710 qutu qaçaqmal siqaret və 133 şüşə qaçaqmal spirtli içki ələ keçiriblər.

Virtualaz.org "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hadisə Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında qeydə alınıb. İki avtobusda 9 Azərbaycan vətəndaşından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş mallar aşkarlanaraq götürülüb.