Lukas Podolski Kölndə türk restoranı açıb


İdman 07 Yan 2018 12:32:00 302 0

Lukas Podolski Kölndə türk restoranı açıb

Almaniyalı futbolçu Lukas Podolski Köln şəhərində dönər restoranı açıb. Goal.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski bu məkanı Salih v Metin Dağ qardaşları ilə birlikdə işlədəcək. Açılışda media mənsublarına açıqlama verən 32 yaşlı forvard türk yeməklərini bəyəndiyini bildirib.

"Türkiyədə çox ləziz yeməklər dadmışam. Geri dönəndən sonra "Mangal Restaurant"ın daimi müştərisi oldum. Daha sonra restoranın sahibləri ilə dost olduq və onun şöbəsini birlikdə açmaq ideyası ortaya çıxdı. Daha öncə dondurma yeri açmışdım. Beş ulduzlu restoran sahibi olmaqdansa, xalqa daha yaxın olmağa üstünlük verirəm. Qarşıda nə olduğunu zaman göstərəcək" - Podolski deyib.

Restoranın sahiblərindən olan Metin Dağ isə "Galatasaray" azarkeşi olduğunu qeyd edib. Məşhur futbolçunu görmək istəyənlər şəhərin Bonner küçəsində izdiham əmələ gətirib.