Maradona: "Tevez Çində torbasını dollarla doldurdu və qayıtdı"


İdman 07 Yan 2018 12:12:00 307 0

Maradona: "Tevez Çində torbasını dollarla doldurdu və qayıtdı"

Karlos Tevez yanvarın 6-da "Shanghai Shenhua"da keçirdiyi 2 ildən sonra doğma klubu "Boca Juniors"a qayıtdı. Goal.az xəbər verir ki, onun bu qərarına "Al Fujairah" komandasına rəhbərlik edən Diyeqo Maradona maraqlı münasibət bildirib.

"Tevez heç kimə xəyanət etmədi. Maraqlıdır, xəyanət barədə danışanlar ildə 25 milyon dollar məvacib təklif edən müqavilədən necə imtina edərdi. Xainlikdən danışmaq axmaqlıqdır. Karlos Çinə getdi, Santa-Klaus torbasını dollarla doldurdu və Argentinaya qayıtdı. İdealdır".