Yubiley matçında 4-cü divizon klubuna uduzdu, istefaya göndərildi


İdman 07 Yan 2018 11:50:00 310 0

Yubiley matçında 4-cü divizon klubuna uduzdu, istefaya göndərildi

İngiltərə Premyer Liqasında mübariz aparan "Stoke City" 54 yaşlı baş məşqçi Mark Hyusu istefaya göndərib. Goal.az xəbər verir ki, bu qərar çempionatda uğursuz çıxış edən komandanın İngiltərə Kubokunun 3-cü raundunda "Coventry City"yə 1:2 hesablı məğlubiyyətindən sonra qəbul olunub. "Stoke City" 1938-ci ildən bəri ilk dəfə yüksək dəstə təmsilçisi kimi 4-cü divizion klubuna uduzub. Bu qarşılaşma Hyuzun komandanın baş məşqçisi kimi yubiley - 200-cü oyunu olub (71 qələbə, 48 heç-heçə, 81 məğlubiyyət). Hyuz 2013-cü ildən "Stoke City"nin sükanı arxaısnda idi.