Azərbaycan domenində saytların sayı artıb


Digərləri 07 Yan 2018 09:17:00 264 0

Azərbaycan domenində saytların sayı artıb

Azərbaycanın milli ".az" domen zonasında 28 986 internet-resurs qeydiyyatdan keçib.

Trend bu barədə "WHOIS" resursuna istinadən məlumat verir.

2017-ci ilin yekunlarına əsasən, ".az" domen zonasında internet saytlarının qeydiyyatı ilin əvvəli ilə müqayisədə 18 faiz artıb.

Qeydiyyata alınmış ümumi internet-resurslardan 27 104-ü birinci səviyyəli domen zonasında qeydiyyatdan keçib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 18,6 faiz artıb.