Tanınmış amerikalı komediya ustası dünyasını dəyişib


Digərləri 07 Yan 2018 04:34:40 193 0

Tanınmış amerikalı komediya ustası dünyasını dəyişib

Cerri Van Dayk 2015-ci ildən sonra səhhətində ciddi problemlə üzləşib

Məşhur amerikalı komik Cerri Van Dayk 87 yaşında Arkanzasdakı evində vəfat edib.

“Report” xəbər verir ki, həyat yoldaşı Şirli Enn Consun sözlərinə görə, Cerri Van Dayk 2015-ci ildən sonra səhhətində ciddi problemlə üzləşib.

Van Dayk 1962-ci ildə televiziyada fəaliyyətə başlayıb. Bu müddət ərzində 40-dan çox serial və televiziya proqramına çəkilib.