Meksika ABŞ-dan 100 milyon dollar dəyərində raket və torpedo alacaq


Dünya 07 Yan 2018 03:56:17 260 0

Meksika ABŞ-dan 100 milyon dollar dəyərində raket və torpedo alacaq

Hökumət bu silah-sursatı Niderlandda inşa olunan hərbi gəmiyə yerləşdirəcək

Meksika hökuməti ABŞ-dan dəyəri 98,4 milyon dollar olan silah-sursat alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yanvarın 6-da "El Universal" nəşri yazıb.

Meksika 6 ədəd gəmi əleyhinə "Harpoon" raketi, 23 raket əleyhinə mdafiə raketi və 6 ədəd sualtı gəmi əleyhinə "MK54" torpedosu, onların buraxılması və saxlanılması üçün qurğu, həmçinin böyük kalibrli sursat istəyib.

Yerli hökumət bu silah-sursatı tikintisinə 2017-ci lin avqustunda Niderlandda başlanan "Siqma 10514" hərbi gəmisinə yerləşdirəcək.