Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb


Sosial 07 Yan 2018 01:49:25 300 0

Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb

Axunda tapançadan 7 dəfə atəş açılıb

Dağıstanın Xasavyurt rayonunun Mutsalul kənd məscidinin imam camaatı naməlum şəxslər tərəfindən güllələnib.

“Report” xəbər verir ki, bu barədə bazar günü respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.

"Məscidin imamı öz evinin yanında qətlə yetirilib. İlkin məlumata görə, əvvəlcə naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər", - deyə həmsöhbət bildirib və imama "Makarov" tipli tapançadan 7 dəfə atəş açıldığını qeyd edib.

Hadisə yanvarın 6-da Bakı vaxtı ilə təqribən 23:00-da baş verib.