Türkiyə prezidenti Cenk Tosunu "Everton"a keçidi münasibəti ilə təbrik edib


Sosial 07 Yan 2018 00:59:33 297 0

Türkiyə prezidenti Cenk Tosunu "Everton"a keçidi münasibəti ilə təbrik edib

Dövlət başçısı futbolçuya zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Beşiktaş"dan İngiltərə Premyer Liqasında çıxış edən "Everton" klubuna transfer olunan futbolçu Cenk Tosuna zəng edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, prezident mənbələrindən əldə edilən məlumata görə, dövlət başçısı telefon söhbəti zamanı türk hücumçunu ingilis klubu ilə 4,5 illik müqaviləyə imza atması münasibəti ilə təbrik edib.

Prezident Ərdoğan futbolçuya uğurlar arzulayıb.