Sosial media fenomenləri satışlar üçün nə qədər effektivdir?


Digərləri 06 Yan 2018 23:20:00 281 0

Sosial media fenomenləri satışlar üçün nə qədər effektivdir?

Sosial media fenomenlərinin satışların artımına təsir edib etmədiyinə dair mütəxəssislər araşdırma aparıblar.

Son.az facemark.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, "Influencer Marketing" üsulu, ancaq təsirli seçmə və ölçü alətləri ilə markalara müəyyən ölçülərdə fayda verəbiləcək.

Fenomen izləyicilərinin satış gücləri və tövsiyələri istehlaka çevirmək bacarıqlarının, məhsul və fenomen bacarığı əsasında ölçülməlidir.

Bundan əlavə, əməkdaşlıq edilən hər fenomen ilə hansı məhsulun, hansı növ paylaşılmasının daha effektiv ola biləcəyinin də əvvəlcədən ölçülməsi vacibdir.

Qadınlar kişilər ilə müqayisədə daha tez təsirlənir

Sorğuda iştirak edənlərin 70%-dən çoxu marka seçimində fenomen seçiminin önəmli olmadığını düşünür. Hər 100 istifadəçidən 80-i son bir il içində fenomenlər vasitəsi ilə təqdim edilən hər-hansı markanı almadıqlarını bildiriblər.

Eyni mövzuda qadın və kişi arasındakı fərqlərə baxsaq, qadınların marka seçimi və satışlarda, izlədikləri fenomenlərdən daha yüksək faizdə təsirləndiyi ortaya çıxıb.

Qadınların 42%-i marka seçimində izlədikləri fenomenlərdən təsirləndiklərini deyib. Kişilərdə bu faiz 20%-dən aşağıdır. Qadınlarn 30%-i son bir il içində fenomenlər vasitəsilə təqdim edilən məhsul və ya xidməti aldıqlarını bildirib. Kişilərdə bu faiz 10%-lərə qədər geriləyir.

Mən təsirlənmirəm, amma başqaları təsirlənir