Peterburqda azərbaycanlını öldürüb yol kənarına atdılar


Dünya 06 Yan 2018 23:19:00 314 0

Peterburqda azərbaycanlını öldürüb yol kənarına atdılar

Yanvarın 4-də Sankt-Peterburqun Primorski rayonunda "Monpasye" ticarət  mərkəzinin yaxınlığında naməlum şəxslər Azərbaycan vətəndaşını oğurlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, şahidlərin sözlərinə görə, beş və ya altı nəfər Azərbaycan vətəndaşını döyərək yaşıl rəngli "Hyundai" markalı avtomobilin baqajına salıblar.

29 yaşlı azərbaycanlını yanvarın 5-də yol kənarında aşkarlayıblar. Xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı dekabrın ortalarında Peterburqa gəlib, və onun rəsmi iş yeri olmayıb.